ABŞ-da vaksinləmənin populyarlaşdırılmasına blogerlər cəlb edilir

20:00 | 02.08.2021
ABŞ-da vaksinləmənin populyarlaşdırılmasına blogerlər cəlb edilir

ABŞ-da vaksinləmənin populyarlaşdırılmasına blogerlər cəlb edilir

ABŞ-ın federal və yerli hakimiyyət orqanları öz auditoriyaları arasında koronavirusa qarşı vaksinləmənin zəruriliyini təbliğ etmələri üçün bir sıra kontent yaradıcıları ilə əməkdaşlığa başlayıblar.


 TASS agentliyi xəbər verir ki, bu barədə "The New York Times” qəzeti məlumat yayıb.


Qəzetin məlumatına görə, Ağ Ev "TikTok”, "Twitch” və "YouTube”da böyük izləyici sayına malik 50 blogerlə razılığa gəlib.


Bundan başqa, ştat və dairə hakimiyyət orqanları vaksinləməni təbliğ etmələri qarşılığında yerli blogerlərə 1 000 ABŞ dolları təklif edirlər.


Bu cür tədbirlərin xüsusən də gənc auditoriyanı hədəflədiyi iddia edilir. Belə ki, 18-39 yaş arası ABŞ-lıların azı yarısı, 50 yaşdan yuxarı ölkə vətəndaşlarının isə üçdə iki hissəsi peyvənd olunub. Hakimiyyət orqanları vaksinlər haqqında yayılmaqda olan yalan informasiya ilə mübarizədə blogerlərin faydalı olacağını güman edirlər.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb