ABŞ-da yaşayan Azərbaycan vətəndaşlarına xəbərdarlıq - FOTO

21:40 | 29.08.2017
ABŞ-da yaşayan Azərbaycan vətəndaşlarına xəbərdarlıq - FOTO

ABŞ-da yaşayan Azərbaycan vətəndaşlarına xəbərdarlıq - FOTO

ABŞ-ın Texas ştatında "Harvi" qasırğası ilə əlaqədar yaranmış fövqəladə vəziyyətlə bağlı Azərbaycan Respublikasınının ABŞ-dakı səfirliyində qaynar xətt yaradılıb.

anews.az Azərbaycanın ABŞ-dakı səfirliyinə istinadən xəbər verir ki, ehtiyac olacağı təqdirdə Azərbaycan vətəndaşları +12028200987 nömrəsi və ya [email protected] elektron poçtu ilə əlaqə saxlaya bilərlər.

Həmçinin təbii fəlakətlə əlaqədar olaraq, vətəndaşlara ABŞ-ın bu bölgəsinə səfər etməmələri, yerli dövlət qurumlarının təlimatlarına riayət etmələri və fövqəladə hallarda ABŞ Sahil Mühafizəsinə müraciət etmələri tövsiyə olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM