Deyilənlərə görə, insanlar iki kateqoriyaya bölünürlər- uğurlu və uğursuzlar. Uğursuz insanların həyatında çətinliklər, iztirablar nə qədər çox olursa, uğurlu insanların həyatı bir o qədər rahat, rəngarəng, maraqlı keçir. Bundan əlavə xalq arasında nisbi də olsa bədbəxt və ya xoşbəxt insan anlamı da var. Şair yaxşı deyib: "Göydən yerə leysan əvəzi dürr də yağsa, Bədbəxt olanın başına bir danəsi düşməz”. Xoşbəxtlik isə milyonlarla adamın arasından sahibini axtarıb tapır...
...Ömür-gün yoldaşı Robert Baldla 2001-ci ildə ABŞ-da müvəqqəti yaşayan bacısıgildə qonaq olarkən tanış olublar. 2002-ci ildə isə ailə həyatı qurublar. Robert sahil mikrosistemləri mühəndisləri şirkətində menecer işləyir. İki övladı var. Qızı Sofiya 12, oğlu Kamran 6 yaşındadırlar...
Nərgiz xanım Nyu Cersiyə gələndən sonra 2003-2005-ci illərdə "Cooper Rehab and sports therapy” şirkətində "medical billing specialist” vəzifəsində işləyib. 2005-2007-ci illərdə əvvəlcə "PBS " şirkətində, ardınca "Shore orthopedic group”da çalışıb. 2007-2009-cu illərdə analıq məzuniyyətində olub. Eyni zamanda, müəyyən kurslar götürərək daşınmaz əmlak üzrə mütəxəsis ixtisasına yiyələnib.
Deyir ki, "çox istərdim, azərbaycanlı gənclər mükəmməl təhsil alsınlar. Çətinliklərdən qorxmasınlar. İnadla məqsədə doğru irəliləsinlər. Xanımlarımız azad və maneəsiz bizneslə məşğul ola bilsinlər. Ölkədə qadın biznesmenlərin sayı artsın”...
Böyük tennis oynamağı, övladları ilə daha çox vaxt keçirməyi xoşlayır. Azərbaycan rəqs havalarını dinləməkdən zövq alır. Qətiyyətli, işgüzar, iradəli xanımdır. Həyatın insana bir dəfə verildiyini dərindən anlayır, onu necə yaşamağı yaxşı bilir. Necə deyərlər, taleyinə yazılan xoşbəxtliyin şirinliyindən dadaraq, daha gözəl günlərə doğru addımlayır...
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !