ABŞ daha Əsədin istefasını tələb etmir

17:53 | 30.10.2015
ABŞ daha Əsədin istefasını tələb etmir

ABŞ daha Əsədin istefasını tələb etmir

Vaşinqton sövdələşməyə hazırdır.

Birləşmiş Ştatlar Suriya böhranının tənzimlənməsi üçün prezident Bəşər Əsədin təcili istefasını tələb etməyəcək, The Wall Street Journal qəzeti Amerika hökumət mənbələrinə istinadən məlumat yayıb.

"Obama (ABŞ prezidenti Barak Obama) administrasiyası Suriya üzrə beynəlxalq danışıqların əsas mərhələsinə qədəm qoyarkən sövdələşməyə hazırdır, bu sövdələşmə prezident Bəşər Əsədə bir neçə ay və bəlkə də daha çox müddətə yeni keçid hökumətinin formalaşacağı dövr ərzində hakimiyyətdə qalmağa imkan yaradacaq”, - məqalədə deyilir.

Oxu.Az interfax.ru-ya istinadən xəbər verir ki, daha öncə ABŞ Əsədin öz postundan təcili surətdə getməsini tələb edərək, onun rejimini qeyri-qanuni adlandırırdı. İndi isə Vaşinqton cümə günü Vyanada baş tutacaq çoxtərəfli görüşdə Suriya prezidentinin gələcəyini müzakirə etməyə hazırdır.

Dərc olunan materialda ABŞ-ın danışıqlar üçün Suriya üzrə qətnamənin hazırlandığı və müttəfiqləri ilə müzakirə etdikləri bildirilir, bu qətnamədə atəşkəs müqabilində Əsədin təcili istefa tələbindən etiraz nəzərdə tutulur.

Nəşrin qiymətləndirməsinə görə, bu yanaşmada, cənab Əsədə dəstək məqsədi ilə hərbi əməliyyatları fəallaşdıran Rusiya və İran sayəsində Suriyada yaranmış yeni reallıqları və Amerikanın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın "İslam dövləti” (İŞİD) ilə mübarizədə qarşılaşdığı son çağırışları əks olunur”.

Cümə günü Vyanada Rusiya, ABŞ, Səudiyyə Ərəbistan, Türkiyə, Misir, İran, İraq və Livanın iştirakı ilə görüş planlaşdırılıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM