ABŞ-dan bütün dünyanı çaşbaş salan QƏRAR

19:26 | 15.05.2019
ABŞ-dan bütün dünyanı çaşbaş salan QƏRAR

ABŞ-dan bütün dünyanı çaşbaş salan QƏRAR

ABŞ bütün diplomatlarını təcili şəkildə İraqdan çıxarır.
Publika.az xəbər verir ki, ABŞ Dövlət Departamenti İraqda təcili vəziyyətlə əlaqədar olmayan bütün məmurlara ölkəni tərk etmək əmri verib.
Əmr çərçivəsində Bağdaddakı səfirliyin, Ərbildəki konsulluğun viza işləri müvəqqəti olaraq təxirə salınıb.
Qeyd edək ki, ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) İran dəstəkli qüvvələrdən gələ biləcək hücumlara dair kəşfiyyat məlumatı alıb. Buna görə də ABŞ-ın İraq və Suriyadakı mövqeləri fövqəladə vəziyyətə keçib.
Hansı məqsədlə atıldığı müəmmalı olan ABŞ-ın bu qərarı bütün dünyada təccüb və çaşqınlıqla qarşılanıb.
Məlumat üçün bildirək ki, ABŞ-ın əməkdaşlarının sayına və ərazisinə görə ən böyük səfirliyi Bağdadda yerləşir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb