ABŞ-dan Ərdoğanın səs yazısına REAKSİYA

22:15 | 25.02.2014
ABŞ-dan Ərdoğanın səs yazısına REAKSİYA

ABŞ-dan Ərdoğanın səs yazısına REAKSİYA

“Ərdoğanın səs yazıları montajdır”AKP dünən gecə Türkiyə Baş naziri R.T.Ərdoğanla oğlu Bilal Ərdoğana aid olduğu iddia edilərək internetdə yayımlanan səs yazısını ABŞ-dakı bir səs studiyasında analiz etdirib və mövzu haqda hesabat alıb. “Axar.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, studiyada aparılan işlər nəticəsində verilən hesabatda “səs yazısının montaj olduğu, səs yazısındakı səslərin kəsilib yapışdırılmış və kompüterdə əlavələr edilmiş olduğu” bildirilib.  Hesabatda “səs yazısındakı qırılmaların tək-tək təhlil edildiyi, səs yazısında bəzi yerlərdə iki sözün tək söz halına gətirildiyi” də qeyd edilib.   Studiyanın AKP-yə çatdırdığı hesabatda “əksik sözlərin kompüter səsləndirməsi ilə tamamlandığı” faktı da ortaya çıxıb. Səs yazıları haqqında detallı qeydlər aparılaraq  yaradılan hesabatın qısa müddətdə Baş nazir Ərdoğana təqdim ediləcəyi bildirilir. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM