"ABŞ-ın 1915-ci il hadisələri ilə bağlı mövqeyi dəyişməyib”.
Trend xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mari Harf 24 aprel - qondarma erməni soyqırımı ilə bağlı bildirib.
M.Harf qeyd edib ki, bu məsələ ilə bağlı Ağ Evin mövqeyi bəllidir:
"Bəziləri bu il bizdən başqa bir yanaşma görmək istəyirdi. Amma biz ötən illərdəki yanaşmanın doğru olduğuna inanırıq. Bizim indiki mövqeyimiz keçmişi etiraf etmək, regional tərəfdaşlarımızla çalışaraq gələcəkdə əmin-amanlığa nail ola bilmək istiqamətindədir. Bunun vacib olduğunu hiss edirik”, - M.Harf bildirib.
Departament nümayəndəsinin sözlərinə görə, prezident Obama 1915-ci il hadisələri ilə bağlı münasibətini davamlı olaraq ifadə edib:
"Bəzi dairələr bu il fərqli ifadələr eşitmək arzusundadır, bunu anlayırıq və həssaslıqla yanaşırıq. Amma mövcud yanaşma tərzinin doğru olduğuna da şübhə etmirik”.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !