ABŞ-dan Əsədlə əməkdaşlıq açıqlaması

12:18 | 05.12.2015
ABŞ-dan Əsədlə əməkdaşlıq açıqlaması

ABŞ-dan Əsədlə əməkdaşlıq açıqlaması

"Suriya prezidenti Bəşər Əsəd hələlik hakimiyyətdə ikən rejim ordusu ilə müxalif qruplar İŞİD terrorçularına qarşı əməkdaşlıq edə bilərlər.”
 
ANS PRESS-in məlumatına görə, bu cür açıqlama ilə Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Con Kerri çıxış edib. Kiprdəki təmaslarını başa vuraraq Yunanıstanın paytaxtı Afinaya səfər edən Kerri, burda keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarına cavab verib. 

Jurnalistlərdən birinin, "Suriyada Qərbin dəstəklədiyi üsyançılar İŞİD qruplaşmasına qarşı hökumət qüvvələri ilə əməkdaşlılq edərmi?” – sualına Con Kerri, çətin də olsa belə bir şeyin mümkün olduğunu deyib:

"İŞİD-lə mübarizədə sadəcə hava əməliyyatları ilə kifayətlənmək olmaz. Suriya daxilində quru qüvvələri də yaradılmalıdır. Siyasi keçid prosesi çərçivəsində Bəşər Əsəd qüvvələri də İŞİD-lə mübarizəyə qoşula bilər. Suriya ordusu ilə müxalif qüvvələrin İŞİD terrorçularına qarşı yaradacağı cəbhə bir neçə aya qruplaşmanın işini bitirə bilər. Suriya ordusu, müxalif qüvvələr, ABŞ və koalisiya qüvvələri birlikdə İŞİD-i məhv edə bilər. Bu sadəcə hava əməliyyatları ilə olacaq iş deyil.” 

Kerri həmçinin rejim əsgərləri ilə müxalifət arasında planlaşdırılan əməkdaşlığın da bir sıra çətuinlikləri ola biləcəyini istisna etməyib: "Nəhayətdə Əsədin hakimiyyətdən ayrılacağına dair qənaətləri olmasa müxalifətin ordu ilə əməkdaşlıq etməsi çox çətin olacaq.” – deyə Con Kerri əlavə edib. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM