ABŞ-dan Fələstinə qarşı veto

16:10 | 17.12.2014
ABŞ-dan Fələstinə qarşı veto

ABŞ-dan Fələstinə qarşı veto

ABŞ xarici işlər naziri Con Kerri İsrailin Fələstin torpaqlarındakı işğalına iki il içində son qoymasını nəzərdə tutan BMT Təhlükəsizlik Şurasının layihəsi ilə əlaqədar danışıb.

ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, Kerri layihə ilə əlaqədar veto siqnalı verib.

Londonda jurnalistlərə açıqlama verən ABŞ xarici işlər naziri "Çoxumuz bu mövzunun vacibliyini düşünürük, ancaq bölgədəki bu çətin vəziyyətlə əlaqədar atılacaq addımları düşünülmüş şəkildə lazımlı hesab edərək atmalıyıq" deyib.

Kerri ilə Londonda görüşən Fələstin müzakirəçisi Saeb Erakat da ABŞ xarici işlər nazirinin ona layihəni veto edəcəklərini söylədiyini qeyd edib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti