ABŞ-dan İran-Rusiya hərbi əməkdaşlığına etiraz

14:08 | 19.08.2015
ABŞ-dan İran-Rusiya hərbi əməkdaşlığına etiraz

ABŞ-dan İran-Rusiya hərbi əməkdaşlığına etiraz

ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü John Kirby Rusiyadan İrana satılan S-300 uzun mənzilli havadan müdafiə sistemlərinin transfer edilməsi prosesinə münasibət açıqlayıb.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, gündəlik mətbuat konfransında bu məsələ ilə bağlı XİN rəsmisinə sual verən jurnalistlər hərbi əməkdaşlığın İran-qərb anlaşmasına hər hansı bir ziyanının olub-olmaması soruşulub.

Admiral Kirby bu əməkdaşlıqla bağlı həssasiyyətlərini ara-sıra həm İran, həm də Rusiya rəsmilərinin diqqətinə çatdırdıqlarını dilə gətirib. O, "S-300-lərin transferinə yönəlik qayğılarımız qalmaqda davam edir. Nazir Kerri də daha əvvəl Rusiya xarici işlər naziri Lavrova bu barədə ABŞ-ın münasibətini bildirmişdi" - deyib.

ABŞ yetkilisi hər zaman İrana havadan müdafiə sistemlərinin satılması ilə bağlı etirazlarını açıq şəkildə bildirdiklərini deyib: "BMT-nin Təhlüksizlik Şurasına görə isə, bu müdafiə sistemlərinin İrana transfer olunmasında qeyri-qanuni nəsə yoxdur".

İranın müdafiə naziri Hüseyn Dehkan bu yaxınlarda ölkəsinin Rusiyadan S-300 uzun mənzilli müdafiə sistemlərinin yenilənmiş versiyasını alacaqlarını bəyan edib


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM