ABŞ ordusu ərəb ortaqları ilə birlikdə Suriyada İŞİD-in nəzarəti altında olan 12 neft buruğunu vurub.
ABŞ Mərkəzi Qüvvələr Komandanlığının (CENTCOM) verdiyi açıqlamaya görə, ABŞ hərbi qüvvələri Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə bərabər Suriyada yerləşən İŞİD hədəflərini vurub.ANN.Az-ın məlumatına görə, xəbərdə deyilir ki, hərbi təyyarələr, eləcə də pilotsuz təyyarələr 13 hava hücumu həyata keçirib, Əl Mayadin, Əbu Kəmal, Hasekə, Deyr Əz Zor bölgələrində yerləşən 12 neft buruğunu darmadağın edib.Qurum əməliyyatların uğurla nəticələndiyini, hər biri gündə ən azı 300-500 barel neft hasil edən bu buruqların İŞİD-ə gündəlik 2 milyon dollar qazandırdığı bildirilib.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !