ABŞ-dan Kremlə xəbərdarlıq

21:17 | 22.11.2014
ABŞ-dan Kremlə xəbərdarlıq

ABŞ-dan Kremlə xəbərdarlıq

“Ukraynanın gələcəyini Moskvanı müəyyən etməyəcək, Ukrayna xalqının özü müəyyən edəcək”.

ANN.Az Publika.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Viktoriya Nuland Maydan hadisələrinin birinci ildönümü barədə danışarkən deyib.

“Heç bir ölkə başqa ölkənin gələcəyini müəyyən etmək hüquqlarına malik deyil. Heç bir ölkə başqa ölkənin üzv olacağı ittifaqları haqqında qərarlar qəbul etmək hüquqlarına malik deyil. NATO-nun qapıları istənilən avroatlantik dövlət üçün açıqdır. Ukraynanın ittifaqa üzvlüyünə gəlincə, bu məsələ Ukrayna və NATO arasında danışıqların mövzusu olacaq. Əgər Ukrayna bunu istəyərsə”, - deyə ABŞ dövlət katibinin köməkçisi bildirib.

Qeyd edəkm ki, V.Nuland vitse-prezident Co Baydenlə ilə Ukrayna da olmaqda bir neçə Avropa ölkəsinə səfəri davam edir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM