Birləşmiş Ştatlar müttəfiqlərini İslam Dövləti (İD) yaraqlılarına qarşı mübarizəyə daha çox töhfə verməyə çağırıb.
Prezident Barack Obama-nın anti-İD koalisiyasındakı elçisi Brett McGurk 65 ölkənin alyansdakı təmsilçilərə deyib ki, onlar ekstremist qrupa "təzyiqi artırmalıdırlar”.
Noyabrın 23-də keçirilmiş görüş barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
"Koalisiya kimi səylərimizi koordinasiya etmək üçün daha çox çalışmalıyıq, İŞİD-in qlobal şəbəkəsində təzyiqi gücləndirməliyik,” McGurk deyib.
Vaşinqtonda keçirilən görüşə 65 ölkədən 59-nun təmsilçisi qatılıb. Görüşdə əsasən İD-nin maliyyəsini necə kəsmək, ekstremist qruplara qoşulanların qarşısını almaq məsələləri müzakirə olunub. /Azadliq.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !