ABŞ-dan nüvə sızıntısı xəbərdarlığı

10:05 | 17.02.2014
ABŞ-dan nüvə sızıntısı xəbərdarlığı

ABŞ-dan nüvə sızıntısı xəbərdarlığı

Amerika Birləşmiş Ştatları Enerji nazirliyi nüvə sızıntısına qarşı xəbərdarlıq edib. ANS PRESS-in xəbərinə görə, ABŞ-ın Nyu Meksikoda olan nüvə tullantıları obyektində təhlükə siqnalı verilib. Məlumata görə, nazirlik hava radarlarının normal səyyidən dəfələrlə yuxarı səviyyədə radiasiya yayılması barədə siqnal verdiyini, stansiyaya giriş və çıxışların dayandırıldığını bildirib. Stansiyanın 139 əməkdaşının radiasiyadan zəhərlənmədiyini deyən nazirliyin sözçüsü Roqer Nelson həmin işçilərin evə buraxıldığını bildirib. Sızıntının təhlükəli səviyyədə olmadığını deyən Nelson, hava radarlarının siqnal verməsinə səbəb olan sızıntının mənbəyini hələ də aşkarlaya bilmədiklərini də etiraf edib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti