ABŞ-dan Rusiya-Suriya xəbərdarlığı

12:45 | 09.09.2015
ABŞ-dan Rusiya-Suriya xəbərdarlığı

ABŞ-dan Rusiya-Suriya xəbərdarlığı

Birləşmiş Ştatlar xəbərdarlıq edir ki, Rusiyanın Suriyaya hərbi qüvvələr göndərməsi İslam Dövləti qruplaşmasına hava zərbələri endirən ABŞ koalisiyası ilə "qarşıdurma”ya gətirər.

Ağ Evin sözçüsü Josh Earnest sentyabrın 8-də deyib ki, Vaşinqton "Rusiyanın Suriyaya əlavə hərbi heyət və təyyarələr göndərməsi barədə məlumatlardan narahatdır”.

"Belə bir dəstəyi həyata keçirirlərsə, bu, beynəlxalq ictimaiyyətin maraqlarına zidd olar və sabitsizlik törədər,” Earnest deyib.

Bolqarıstan sentyabrın 8-də bildirib ki, Rusiyanın Suriyaya hərbi təchizat təyyarələrinin uçuşuna icazə xahişini rədd edib.

Bir ildən az bir müddət ərzində ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriya və İraqdakı İD yaraqlıları və onların hədəflərinə 50 min zərbə endirib. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti