ABŞ-dan Rusiyaya sərt xəbərdarlıq

09:39 | 27.02.2014
ABŞ-dan Rusiyaya sərt xəbərdarlıq

ABŞ-dan Rusiyaya sərt xəbərdarlıq

ABŞ Dövlət katibi Con Kerri Rusiyanı Ukrayna ilə əlaqədar verdiyi qərarlarda "çox diqqətli" olmağa çağırıb.ANS PRESS-in xəbərinə görə, "NBC" televiziyasına müsahibə verən Kerri Rusiyanın Ukraynanın suverenliyinə hörmət göstərməklə bağlı verdiyi sözə əməl etməli olduğunu bildirib."Məncə, Rusiya Ukarayna ilə bağlı mövzuda verdiyi qərarlarda çox diqqətli olmalıdır. Qarşıdurmanın arxasında deyilik, ancaq mövqeyimiz budur ki, hər ölkə Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə hörmət göstərməlidir. Rusiya bunu edəcəyini söyləmişdi və bu sözünü yerinə yetirməsinin əhəmiyyətli olduğu düşünürük" deyə Con Kerri Rusiyaya xəbərdarlıq edib.Kerri, həmçinin Gürcüstan mövzusunda da Rusiyaya xəbərlarlıq edib. O, Rusiyanın Gürcüstan torpaqlarını işğal etməsinə, hərbi bazalarını yerləşdirməsinə qarşı çıxmağa davam etdiklərini və Rusiyandan əsgərlərini geri çəkərək 2008-ci ildəki atəşkəs razılaşmasının öhdəliklərini yerinə yetirməyə çağırıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM