Onun fikrincə, Qərbin bu cür niyyətləri gərginliyi artırmağın və münaqişənin eskalasiya səviyyəsini yüksəltməyin birbaşa yolunu nümayiş etdirir.
"Ancaq bir daha deyirəm, bu, hadisələrin gedişatını dəyişməyəcək, xüsusi hərbi əməliyyat davam edəcək”, - Peskov bildirib.
Rusiya liderinin mətbuat katibi onu da bildirib ki, Vladimir Putinlə ABŞ prezidenti Co Bayden arasında danışıqlar hələ planlaşdırılmır.
Daha əvvəl Reuters iki ABŞ rəsmisinə istinadən xəbər vermişdi ki, Ukraynaya yeni yardım paketinə ilk dəfə olaraq daha uzun mənzilli raketlər - 94 mil məsafədəki hədəfləri vura bilən yerüstü kiçik diametrli GLSDB bombaları daxil ediləcək.
Eyni zamanda, Birləşmiş Ştatlar ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Maykl Makkalın təklif etdiyi 185 mil (297 km) mənzilli ATACMS raketlərini Kiyevə ötürmək fikrində deyil.
2022-ci ilin fevralın 24-dən Rusiya prezidenti Ukraynada hərbi əməliyyatlar keçirməsi barəsində fərman imzalayıb. Bu gün iki ölkə arasında müharibənin 343-cü günüdür. Müharibə başlayandan sonra ABŞ və bir çox Avropa ölkələri Rusiyaya qarşı sərt sankisiya paketləri tətbiq edib. Lakin buna baxmayaraq Rusiya hərbi əməliyyatları dayandırmaqdan geri çəkilməyib. Müharibə nəticəsində 8 milyondan çox vətəndaş qaçqın kimi xarici ölkələrə üz tutub.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !