ABŞ-də sərnişin təyyarəsi helikopterlə toqquşub - Ölənlər var/Yenilənib

16:26 | 30.01.2025
ABŞ-də sərnişin təyyarəsi helikopterlə toqquşub - Ölənlər var/Yenilənib

ABŞ-də sərnişin təyyarəsi helikopterlə toqquşub - Ölənlər var/Yenilənib

Xilasedicilər Vaşinqtonda sərnişin təyyarəsi və hərbi helikopterin qəzaya uğradığı Potomak çayından 30-dan çox insanın cəsədini çıxarıblar. Bu barədə NBC kanalı xilasetmə işlərinin gedişi ilə tanış olan iki mənbəyə istinadən məlumat yayıb. 

Qeyd olunur ki, idarələrarası xilasetmə əməliyyatı çətin şəraitdə gecə boyu davam edib.
 
 
 
09:41
Vaşinqtonda hərbi helikopterlə sərnişin təyyarəsinin toqquşması nəticəsində 19 nəfər həlak olub.

Bu barədə "BNO News" informasiya portalı məlumat verib.

Məlumata görə, qəza nəticəsində ölənlərin meyiti çaydan çıxarılıb.

"İlkin məlumatlara görə, Vaşinqtonda Ronald Reyqan adına hava limanı yaxınlığında "American Airlines” təyyarəsi ilə "Blackhawk” helikopterinin havada toqquşmasından sonra Potomak çayından azı 19 meyit çıxarılıb", - portal qeyd edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM