• $
  • £

ABŞ Departamenti Hacıyevin evində axtarış aparılmasına münasibət bildirib

ABŞ Departamenti Hacıyevin evində axtarış aparılmasına münasibət bildirib
08.06.2023 09:53
ABŞ Dövlət Departamenti ictimai fəal  Bəxtiyar Hacıyevin istintaqının davam etdirilməsi ilə bağlı məlumatlardan xəbərdar olduğunu və onun işini yaxından izləməyə davam etdiyini bildirib. Bu barədə Departamentin mətbuat katibinin müavini Vedant Patel brifinqdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

"Hökumət nəinki onu azad etməkdən imtina etdi, hesabatlar göstərir ki, onlar ona qarşı başqa əlavə ittihamlar irəli sürməyə hazırlaşırlar. Onun tezliklə azadlığa buraxılmasına çağırırıq. Biz insan hüquqlarına və əsas azadlıqlara hörmətin artırılmasına qəti sadiq qalırıq və hökuməti öz vətəndaşlarının hüquqlarına, o cümlədən sülh yolu ilə fikirlərini ifadə etmək hüququna hörmət etməyə çağırırıq", - jurnalist bildirib.

İyunun 6-da Bəxtiyar Hacıyevin Bakıda özünün, Gəncədə atasının, Göygöl şəhərində qardaşının evində və avtomobillərində axtarış aparılıb.

"Mənim evimdə axtarış iki saat davam etdi. Bəxtiyarla əlaqəli sənədlər, disklər, flaşkartlar axtardılar. Dedim ki, məndə belə bir şey yoxdur. Bundan sonra bizim ailə fotosunun olduğu diskləri və Bəxtiyarın 2011-ci ildə Bakıda ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintonla çəkdirdiyi fotonu götürdülər", - fəalın qardaşı Vüqar Hacıyev bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Bəxtiyar Hacıyevin yaşadığı evdə axtarış aparılması cinayət işi üzrə istintaq hərəkətləri çərçivəsindədir və saxlanılan yoxdur.

Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib. Dekabrın 15-də Hacıyev azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başlayıb. O, ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra dekabrın 28-də aclıq aksiyasına son qoyub. Lakin yanvarın 9-da Apellyasiya Məhkəməsi onun həbsdən azad olunmasını rədd etdikdən sonra o, aclıq aksiyasını bərpa edib.

Hacıyev aclıq aksiyasının 51-ci günündə aclığı dayandırıb.

Məhkəmə Hacıyev barəsində müxtəlif vaxtlarda həbs qətimkan tədbirinin uzadılması barədə qərarlar qəbul edib və həbs müddəti iyunun 28-dək uzadılıb.

ABŞ Helsinki Komissiyası, Avropa İttifaqı, Avropa Şurası və bir sıra beynəlxalq QHT nümayəndələri dəfələrlə Bəxtiyar Hacıyevin həbsdən azad olunmasını tələb edib.
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Leyla Əliyeva “Azərbaycan təbiətinin izi ilə” sərgisinin açılışında
Cəmiyyət 23:47
Leyla Əliyeva “Azərbaycan təbiətinin izi ilə” sərgisinin açılışında
Sabah bu ərazidə qaz olmayacaq
Cəmiyyət 23:10
Sabah bu ərazidə qaz olmayacaq
Sabah Şəmkirin4 kəndində qaz olmayacaq
Cəmiyyət 18:37
Sabah Şəmkirin4 kəndində qaz olmayacaq
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Cəmiyyət 17:55
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək
Cəmiyyət 17:11
Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək
Ayaz Mustafayev Space TV-nin direktoru təyin edilib
Cəmiyyət 16:32
Ayaz Mustafayev Space TV-nin direktoru təyin edilib
İstifadə olunmayan torpaqlarla bağlı yeni mexanizmlər hazırlanır - Nazirlik rəsmisi
Cəmiyyət 16:29
İstifadə olunmayan torpaqlarla bağlı yeni mexanizmlər hazırlanır - Nazirlik rəsmisi
Fatma Yıldırım: Yaşıllıqlarla bağlı dəyişikliklər fermerlərin fəaliyyətini asanlaşdıracaq
Cəmiyyət 16:15
Fatma Yıldırım: Yaşıllıqlarla bağlı dəyişikliklər fermerlərin fəaliyyətini asanlaşdıracaq
Sabah yağış yağacaq - Xəbərdarlıq
Cəmiyyət 16:10
Sabah yağış yağacaq - Xəbərdarlıq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol