ABŞ dörd ölkənin vətəndaşlarına viza verməyi dayandırdı

20:00 | 14.09.2017
ABŞ dörd ölkənin vətəndaşlarına viza verməyi dayandırdı

ABŞ dörd ölkənin vətəndaşlarına viza verməyi dayandırdı

ABŞ hökuməti Kamboca, Eritreya, Qvineya və Serra-Leonaya qarşı sanksiya tətbiq edib.

anews.az-ın məlumatına əsasən, bu barədə ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyi məlumat yayıb.

Bəyanata əsasən, bu ölkələr ABŞ-dan deportasiya olunmuş vətəndaşlarını qəbul etmək istəmədikləri üçün sanksiyalara məruz qalıblar.

"Kamboca, Eritreya, Qvineya və Serra-Leona hökumətləri ABŞ-dan deportasiya olunmuş vətəndaşlarını qəbul etməyiblər, yaxud qəbulu gecikdiriblər. Nəticədə dövlət katibi Tillersonun göstərişinə əsasən, bu ölkələrdə konsulluq işçiləri ərizəçilərin bəzi kateqoriyaları üzrə viza verməkdə məhdudiyyət tətbiq ediblər”, - nazirliyin məlumatında bildirilir.

ABŞ Dövlət departamenti bu dörd ölkənin hazırkı siyasətini davam etdirəcəyi təqdirdə sanksiyaların genişləndiriləcəyi ilə bağlı xəbərdarlıq edib.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM