ABŞ Dövlət Departamenti sərhəddəki gərginliyə münasibət bildirib

10:00 | 29.07.2021
ABŞ Dövlət Departamenti sərhəddəki gərginliyə münasibət bildirib

ABŞ Dövlət Departamenti sərhəddəki gərginliyə münasibət bildirib

ABŞ Dövlət Departamenti Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər rayonu istiqamətində baş verən toqquşmanı pisləyən bəyanat yayıb.
 
Anews xəbər verir ki, açıqlamada tərəflərdən atəşkəs rejiminə riayət etmək çağırışı yer alıb.
 
"Münaqişənin uzunmüddəıtli siyasi həlli üçün tərəfləri ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqları bərpa etməyə çağırırıq”.
 
Açıqlama Dövlət Departamentinin rəsmisi Ned Prays tərəfindən verilib.
 
Ötən gün Kəlbəcər istiqamətində erməni təxribatı nəticəsində azı 3 erməni hərbçisi ölüb, 5 yaralanıb. Azərbaycan tərəfinin isə 2 hərbçisi xəsarət alıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb