ABŞ Dövlət Departamentindən növbəti Ukrayna narahatçılığı

10:30 | 08.04.2014
ABŞ Dövlət Departamentindən növbəti Ukrayna narahatçılığı

ABŞ Dövlət Departamentindən növbəti Ukrayna narahatçılığı

“Ukraynanın şərqindəki kütləvi aksiyalar Rusiya tərəfindən təşkil olunub”.APA-nın “gazeta.ru” saytına istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Cennifer Psaki deyib. “Yaxşı məlumdur ki, bu rayonlarda etirazlara çıxanlar Rusiyayönümlü separatçılardır. Təsdiqlənmiş məlumatlar var ki, bu şəxslərdən bəzilərinə pul verilir və onlar yerli sakin deyil. Bütün bunlar bizdə ciddi narahatlıq doğurur”, - deyə o, söyləyib.   Ukraynada yaranmış vəziyyət ABŞ dövlət katibi Con Kerri və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasındakı telefon danışığında müzakirə olunub. C. Kerri Rusiyanı Ukraynadakı separatçıların və təxribatçıların əməllərini açıq şəkildə qınamağa çağırıb. O, artıq tətbiq olunmuş sanksiyaların genişləndirilə biləcəyinə işarə vuraraq Rusiyanın Ukraynada qeyri-sabitlik yaratmaq cəhdlərini davam etdirməsinin əlavə sanksiyalara səbəb olacağı barədə xəbərdarlıq edib.     ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM