ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycanla bağlı nə deyilir?

11:00 | 01.05.2014
ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycanla bağlı nə deyilir?

ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycanla bağlı nə deyilir?

Azərbaycan terrorizmlə mübarizədə öz səylərini möhkəmləndirməkdə davam edib. Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin 2013-cü il terrorizmlə bağlı hesabatında deyilir.

Departamentin rəsmi saytında dərc olunan hesabatda bildirilir: "Azərbaycan ABŞ ilə terrorizmlə mübarizə sahəsində sıx əməkdaşlıq edib və Qafqaz ərazisi vasitəsilə insanları, pulu və əşyaları daşımaq istəyən terror təşkilatlarına qarşı aktiv müqavimət göstərib".Hesabatda qeyd olunur ki, ölkə xeyli miqdarda qeyri-qanuni silah-sursat müsadirə edib.ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycanın Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin terrorizmlə mübarizə sahəsində fəaliyyəti də dəyərləndirilib.Hesabatda deyilir: "Azərbaycan pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizənin qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (Moneyval), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) üzvüdür. 2009-cu ildə çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə sahəsində qanunvericiliyin qəbulundan sonra Azərbaycan bu sahədə öz peşəkarlığını artırıb. Ölkə çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə sahəsində Moneyval-in tövsiyələrini yerinə yetirməyə davam edib" ANN.Az 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür