O, səfər çərçivəsində Suriya böhranı, İŞİD-ə qarşı mübarizə, Ukraynadakı hadisələr və İsrail-Fələstin arasındakı gərginliyi müzakirə edəcək
ABŞ dövlət katibi Con Kerrinin Avropa və Orta Şərqə səfəri başlayır.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, səfər oktyabrın 21-dən 25-dək sürəcək.
Con Kerri səfər çərçivəsində Suriya böhranı, İŞİD-ə qarşı mübarizə, Ukraynadakı hadisələr və İsrail-Fələstin arasındakı gərginliyi müzakirə edəcək.
ABŞ dövlət katibi İsrailin baş naziri Binyamin Netanyahu, Fələstin dövlətinin başçısı Mahmud Abbas, habelə Türkiyə, Rusiya, Səudiyyə Ərəbistanı və İordaniyanın xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirəcək.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !