ABŞ dövlət katibi Ukrayna prezidentini keçid hökumətin formalaşdırılması üçün dərhal müxalifətlə danışıqlara başlamağa çağırıb

17:01 | 21.02.2014

 Prezident Yanukoviç geniş dəstəyə malik olan müvəqqəti hökumətin formalaşdırılması məqsədilə müxalifət liderləri dərhal danışıqlara başlamalıdır.APA-nın məlumatına görə, bu barədə ABŞ dövlət katibi Con Kerrinin Ukrayna ilə bağlı bəyanatında deyilir. C.Kerri hesab edir ki, keçid hökumətinin yaradılması konstitusiya və iqtisadi islahatlara başlamaq üçün yeganə çıxış yoludur. ABŞ dövlət katibi həmçinin tərəfləri Kiyevdəki zorakılığa son qoymağa çağırıb. “Ukrayna xalqı və beynəlxalq ictimaiyyət baş verənlərə görə cavabdeh olanları məsuliyyətə cəlb edəcək”, - deyə o vurğulayıb. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM