ABŞ dövlət xərclərinin artması səbəbindən müflis ola bilər - Mask

18:20 | 30.08.2024
ABŞ dövlət xərclərinin artması səbəbindən müflis ola bilər - Mask

ABŞ dövlət xərclərinin artması səbəbindən müflis ola bilər - Mask

ABŞ hakimiyyəti ölkəni  müflisləşməyə doğru aparır. Bu barədə  İlon Masksahibi olduğu  X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

Onun sözlərinə görə, hadisələrin bu cür inkişafının səbəbi dövlət xərclərinin artmasıdır ki, bu da öz növbəsində inflyasiyaya səbəb olur.

Daha əvvəl Mask demişdi ki, nə vaxtsa Qərb ölkələrində vətəndaş müharibəsi başlayacaq.

Bundan əlavə, o, demokratların namizədi Kamala Harrisin prezident seçkilərində qələbəsinin ABŞ üçün fəlakət olacağına əmin olduğunu bildirib. 
 
Eyni zamanda, Respublikaçı Donald Tramp, Maskın fikrincə, demokratiyanı xilas edə bilər.
 
Tramp qalib gələrsə Maskı administrasiyasında görmək istədiyini bildirib. Buna amerikalı miliarder "baş üstə" deyə cavab verib.
 
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM