ABŞ Fələstinə qırmızı işıq yandırdı

11:17 | 13.01.2015
ABŞ Fələstinə qırmızı işıq yandırdı

ABŞ Fələstinə qırmızı işıq yandırdı

Obama və Netanyahu arasında sürpriz telefon danışığı olub

ABŞ prezidenti Barak Obama və İsrailin baş naziri Binyamin Netanyahu arasında gözlənilməz telefon danışığı olub. Ağ Evdən verilən ilkin rəsmi açıqlamaya görə, dövlət başçıları İranla başladılan nüvə danışıqlarının nəticələrini, eyni zamanda Fələstinin Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) üzv olmaq üçün etdiyi müraciət məsələsini müzakirə ediblər.

ANN.Az xarici mətbuata istinadən xəbər verir ki, Obama, İsrailin təhlükəsizliyinin və nüvə məsələsində İsraillə davam etdirilən əməkdaşlığın əhəmiyyətindən danışıb.

Prezident Obama Fələstinin BCM-ə üzv olmaq üçün etdiyi müraciət məsələsinə gəlincə, Fələstinin yaxşı təşkil olunmuş bir dövlət olmadığını, bu səbəbdən də Fələstinin bu müraciətini əlverişli görmədiklərini dilə gətirib. Obamanın fikrincə, Fələstinin BCM-ə üzv olmaq üçün etdiyi müraciət irəliyə doğru atılmış addım kimi xarakterizə oluna bilməz.

ANN.Az






0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM