APA "TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın ticarət danışıqları üzrə nümayəndəlik aparatından verilən açıqlamada bildirilir.
"ABŞ nümayəndəliyi aparatı 1974-cü il Ticarət Qanununun 301-ci maddəsinə əsasən, istintaqın birinci mərhələsini başa çatdırıb və Fransanın ABŞ şirkətlərinə qarşı ayrı-seçkilik etdiyinə dair qənaətə gəlib. Aparatın bugünkü qərarı ABŞ şirkətlərinə qarşı ayrı-seçkilik edən və ya onları yükləyən rəqəmsal vergi rejimlərinə qarşı tədbirlər görüləcəyinə dair açıq-aşkar siqnal göndərir”, - deyə məlumatda qeyd olunur.
Bildirilir ki, "vergi tətbiq oluna biləcək Fransa malları”nın siyahısına 63 maddə daxildir. Təxmini ticarət dəyəri 2.4 milyard dollardır”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !