ABŞ 2015-ci ilin sonunadək Gürcüstana daha 20 milyon dollar məbləğində hərbi yardım edəcək.
"Report" Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bunu Pentaqonun mətbuat katibi Piter Kuk bildirib.
Onun sözlərinə görə, Tbilisiyə yardım "Müttəfiqlərin güclənməsinə təminat" proqramı çərçivəsində ediləcək.
ABŞ-ın müdafiə naziri Eşton Karter ötən gün gürcüstanlı həmkarı Tinatin Xidaşelini qəbul edib.
Pentaqon rəsmisi deyib ki, Eşton Karter ABŞ-ın Gürücüstanla əməkdaşlığı davam etdirmək, habelə hər il ikitərəfli və çoxtərəfli təlimləri keçirmək niyyətndə olduqlarını təsdiqləyib.
Onun sözlərinə görə, Pentaqonun başçısı Tbilisi ilə Gürcüstan-NATO Komissiyası formatında əməkdaşlığın inkişaf etdirilməsi kursunu dəstəklədiklərini də vurğulayıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !