“Vaşinqtonun müəyyən məsələlərdə Azərbaycanı yalnız qoyub”
Qarabag.info-nun məlumatına görə, bunu ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasının (Helsinki Komissiyası) Azərbaycana həsr etdiyi dinləmələrdə çıxış edən amerikalı politoloq Brenda Şeyfer deyib.
“Rusiya Azərbaycanın ABŞ və Avropa ilə əməkdaşlığını məhdudlaşdırmağa çalışır. Vaşinqton Azərbaycanın strateji əhəmiyyətini qəbul etsə də, bir sıra hallarda atılan addımlar bu mövqe ilə ziddiyyət təşkil edib. Məsələn, ABŞ Dağlıq Qarabağı və ətraf 7 rayonu Azərbaycan ərazisi kimi tanısa da, Konqres 1992-ci ildən bəri Azərbaycana münasibətdə sanksiyaları qüvvədə saxlayıb, illik əsasda Dağlıq Qarabağdakı separatçı rejimə maliyyə yardımı göstərib. Azərbaycanın daim ABŞ-ın yanında olmasına baxmayaraq, ölkə ABŞ tərəfindən layiqincə qiymətləndirilmir. Halbuki yaxın müttəfiq münasibətlərinə görə Azərbaycan daha çox təqdir olunmalıdır”
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !