Silahlı Qüvvələrimizin nümayəndələri iki beynəlxalq tədbirlərdə iştirak edəcək.
Müdafiə Nazirliyindən verilən məlumata görə, aprelin 7-də Bakı şəhərində Azərbaycan-ABŞ ikitərəfli hərbi əlaqələrin razılaşdırılması konfransı baş tutacaq.
Aprelin 8-dən iyunun 10-dək San Antonio şəhərində (ABŞ) ABŞ Quru Qoşunları Kollecində "Komanda və Qərargah" kursu keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !