ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) təşkilatçılığı ilə ABŞ ilə Azərbaycan arasında hava daşımaları və post-pandemiya dövründə qlobal hava yükdaşımalarına dair proqnozlar mövzusunda onlayn konfrans keçirilib.
Anews.az xeber verir ki, konfransın əsas natiqləri "Silk Way West Airlines” şirkətinin vitse-prezidenti Vüqar Məmmədov və "Boeing” şirkətinin hava daşıyıcıları bazarlarının araşdırılması üzrə regional direktoru Tomas Krəbtri olub. Qeyd edək ki, T.Krəbtri, eyni zamanda "Boeing” şirkətinin Dünya Hava Daşımaları Proqnozları hesabatının müəllifidir.
ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışovun moderatorluğu ilə reallaşan konfransa ABŞ, Azərbaycan, Rusiya və Birləşmiş Ərəb Əmirliklərində yerləşən Amerika və Azərbaycan şirkətlərinin nümayəndələri qatılıb.
"Silk Way West Airlines” şirkətinin iki ölkə arasında ticarətin təşviqində rolu barədə ilk suala cavabında Vüqar Məmmədov təmsil etdiyi şirkətin 2016-cı ildə ABŞ-a cəmi bir uçuşla başladığını bildirib. O, qısa zamanda uçuşlarının sayının artırılmasına ehtiyacın yarandığını söyləyib və şirkətin təyyarələrinin həmin ildən Çikaqo şəhərinə də uçuşlar həyata keçirdiyini qeyd edib.
Hazırda Çikaqoya həftədə üç uçuş həyata keçirilir. Şirkət rəsmisi, bundan əlavə, "Silk Way West Airlines” təyyarələrinin Nyu-York, Çikaqo, Mayami və Vaşinqton şəhərlərinə qarışıq uçuşlar həyata keçirdiyini bildirib.
V.Məmmədov, eyni zamanda, təmsil etdiyi şirkətin ABŞ hökuməti ilə uğurlu əməkdaşlığı məsələlərinə toxunub, bu xüsusda, şirkətin ABŞ-ın Nəqliyyat Komandalığı ilə Əfqanıstanda əməkdaşlığı barədə məlumat verib.
"Boeing” şirkətinin nümayəndəsi Tom Krəbtri təqdimatının əvvəlində "Silk Way Airlines” şirkətinin 19 illik fəaliyyəti dövründə çox sürətlə inkişaf etdiyini bildirib və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına istinad edərək şirkətin hazırda dünyanın ən yaxşı 30 hava yük daşıyıcıları sırasında olduğunu vurğulayıb. O, şirkətin Avrasiya bazarlarında aparıcı olduğunu qeyd edib.
təsir xüsusilə, mart və aprel aylarında daha çox hiss edilib. Onun sözlərinə görə, növbəti il hava yükdaşımalarında bərpa ili ola bilər.
Qeyd edilir ki, hər iki şirkət ABŞ-Azərbaycan Ticarət Palatasının üzv şirkətləridir.
Webex platforması üzərindən aparılan müzakirələr, eyni zamanda, ABŞ-Azərbaycan Ticarət Palatasının "Facebook” səhifəsi üzərindən də canlı olaraq yayımlanıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !