ABŞ-ın Azərbaycan və Ermənistandakı səfirlikləri birgə BƏYANAT yaydılar

13:22 | 25.07.2020
ABŞ-ın Azərbaycan və Ermənistandakı səfirlikləri birgə BƏYANAT yaydılar

ABŞ-ın Azərbaycan və Ermənistandakı səfirlikləri birgə BƏYANAT yaydılar

ABŞ səfirlikləri Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun qarşısında iyulun 21-də keçirilmiş  etiraz aksiyası ilə bağlı birgə bəyanat yayıblar.

Bu barədə Anews.az-a ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib. 

"ABŞ-ın Bakıdakı və İrəvandakı səfirlikləri dinc toplaşma və etiraz bildirməyin ümumbəşəri prinsiplərinə zidd olan zorakılıq hərəkətlərini pisləyir. ABŞ diplomatik obyektləri qorumaq öhdəliyini ciddi qəbul edir və bu səyləri dəstəkləmək üçün yerli hüquq mühafizə orqanları ilə birlikdə çalışır. Söz və dinc toplaşmaq azadlığı ABŞ Konstitusiyası ilə qorunur, lakin hüquq-mühafizə orqanları zorakılıq aktları barədə müvafiq tədbir görəcək. Bütün nümayişçiləri dinc iştiraka və təmkinli olmağa çağırırıq", - bəyanatda vurğulanıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb