​ABŞ-ın Corciya ştatının qubernatoru Xocalı qətliamını pislədi

10:12 | 29.02.2016
​ABŞ-ın Corciya ştatının qubernatoru Xocalı qətliamını pislədi

​ABŞ-ın Corciya ştatının qubernatoru Xocalı qətliamını pislədi

ABŞ-ın Corciya ştatının qubernatoru Netan Dil (Nathan Deal) bəyanat imzalayaraq, Xocalı qətliamını növbəti dəfə kəskin şəkildə pisləyib. 

Bu barədə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.

Bu, Corciya qubernatorunun Xocalı faciəsi ilə bağlı artıq ikinci bəyanatıdır. Birinci bəyanat 2015-ci ildə imzalanmışdı.

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğuna daxil olmuş bəyanatda, qubernator N.Dil Xocalı qətliamının 24-cü ildönümü ilə əlaqədar bu qətliamın qurbanlarını yad edən geniş ictimaiyyətə qoşulduğunu elan edir və bununla bağlı öz dərin kədərini ifadə edir.

Bəyanatda vurğulanır ki, Azərbaycan xalqı 1992-ci ildə 600 nəfərdən çox mülki əhalinin ölümü ilə nəticələnmiş amansız bir qətliama məruz qalıb. Həmçinin, qeyd olunur ki, belə dəhşətli zorakılıqların bir daha təkrarlanmaması üçün bu kimi hadisələrin unudulmaması, eləcə də, qətliam qurbanlarının ehtiramla yad olunması önəm daşıyır.
Eyni zamanda, qubernator Corciya ştatı sakinlərinin və digər ictiamiyyət nümayəndələrinin Xocalı dəhşətləri barədə daha ətraflı məlumatlandırılması üçün səylərin davam etdiriləcəyindən ümidvar olduğunu vurğulayır.

"Qoy tarix səhifələrinə bir daha belə faciələr qara ləkə kimi düşməsin!”, - qubernator N.Dil sənədin sonunda bildirir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM