ABŞ-ın döyüş gəmiləri Çin dənizində qadağan olunmuş bölgəyə girib

15:27 | 20.05.2019
ABŞ-ın döyüş gəmiləri Çin dənizində qadağan olunmuş bölgəyə girib

ABŞ-ın döyüş gəmiləri Çin dənizində qadağan olunmuş bölgəyə girib

ABŞ donanmasına aid "Preble” lazerli raketdaşıyan döyüş gəmisi Cənubi Çin dənizində qadağan olunmuş bölgəyə girib.

Publika.az xəbər verir ki, gəmi Skarboroq adası yaxınlığından keçib.

Bu hadisənin ABŞ-Çin arasında ticarətlə bağlı gərginliyin pik həddə çatdığı vaxtda baş verməsi Vaşinqtonun qarşı tərəfə xəbərdarlığı kimi dəyərləndirilib.

Mayın əvvəllərində ABŞ-a aid iki döyüş gəmisi Spartli adasının 12 km yaxınlığından keçmişdi. Çin bir ay içində bir neçə dəfə təkrarlanan bu hadisəni ABŞ-ın təxribatı adlandırıb və ölkənin suverenliyinə təhdid kimi şərh edib.

Çin Xarici işlər nazirinin mətbuat katibi Lu Kanq Cənubi Çin dənizində neft və təbii qaz yataqlarının yaxınlığındakı adalarda haqqı olduğunu iddia edən Vytenam, Filippin adaları, Malayziya, Bruney və Tayvana göndərdiyi məktubunda Çinin qanuni haqlarına və suverenliyinə hörmətlə yanaşılmasını tələb etmişdi.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb