ABŞ-ın Qara dəniz üzərində kəşfiyyat imkanları zəifləyib

14:40 | 30.03.2023
ABŞ-ın Qara dəniz üzərində kəşfiyyat imkanları zəifləyib

ABŞ-ın Qara dəniz üzərində kəşfiyyat imkanları zəifləyib

Amerikanın MQ-9 pilotsuz təyyarəsinin düşməsi ilə bağlı insidentdən sonra Qara dəniz regionunda İHA marşrutlarında baş verən dəyişikliklər ABŞ-ın kəşfiyyat məlumat toplama imkanlarını məhdudlaşdırıb. Bu barədə martın 28-də  Pentaqondakı etibarlı mənbə məlumat verib. 

Mənbənin CNN telekanalına verdiyi məlumata görə, ABŞ-ın Qara dəniz üzərində kəşfiyyat imkanları MQ-9 Reaper zərbəsi və kəşfiyyat pilotsuz təyyarəsinin düşməsi ilə bağlı insidentdən sonra pisləşib.

Pentaqonun yüksək rütbəli rəsmisinin vurğuladığı kimi, Amerika İHA-larının uçuş marşrutlarının tənzimlənməsi Ukraynada hərbi müdafiənin aparılması ilə bağlı "kəşfiyyat məlumat toplamaq qabiliyyətini” əhəmiyyətli dərəcədə azaldır.

CNN-in məlumatına görə, ABŞ beynəlxalq hava məkanında uçuşlarını davam etdirəcək, lakin onların hamısı MQ-9 Reaper təyyarəsinin düşməsindən əvvəl olduğu kimi sərhəddən 19 km deyil, 64 km məsafədə uçacaq.
 
 
Zinyət

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb