Moskvadakı diplomatik missiyaya Con Hantsman rəhbərlik edəcək.
Birləşmiş Ştatların Moskvadakı diplomatik missiyasının yeni rəhbəri Con Hantsman olacaq.
"Report" xəbər verir ki, bu barədə Amerika KİV-i məlumat yayıb.
Bildirilir ki, diplomat bilavasitə öz vəzifələrinin icrası ilə yanaşı, Rusiyanın ABŞ-da keçirilən prezident seçkilərinə mümkün müdaxiləsi üzrə araşdırmalarda da iştirak edəcək.
Hantsman Amerikanın Yuta ştatının qubernatoru olub, 2009-ci ildən 2011-ci ilədək isə ABŞ-ın Çindəki səfiri vəzifəsini icra edib. KİV-in məlumatına görə, Tramp Hantsmanın Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasına kömək edəcəyinə ümid bəsləyir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !