Naməlum şəxslər boyanı binaya tərəf atdıqdan sonra hadisə yerindən uzaqlaşıblar.
Naməlum şəxslər ABŞ-ın Sankt-Peterburqdakı Baş Konsulluq binasına içi boya ilə dolu stəkan atıblar.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisəni törədən şəxslər avtomobildə hərəkət edərkən boyanı binaya tərəf atıblar və hadisə yerindən uzaqlaşıblar. Onların kimliyinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.
Boya atan şəxslərin idarə etdiyi "Mercedes-Benz" markalı avtomobil konsulluğun yanında yaşayan işsiz tacikistanlıya məxsusdur.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !