ABŞ-ın Suriyaya endirdiyi zərbə nəticəsində 11 dinc sakin həlak olub

14:40 | 13.09.2017
ABŞ-ın Suriyaya endirdiyi zərbə nəticəsində 11 dinc sakin həlak olub

ABŞ-ın Suriyaya endirdiyi zərbə nəticəsində 11 dinc sakin həlak olub

Koalisiya zərbəni səhər saatlarında endirib.

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın Suriyanın İŞİD-in nəzarəti altında olan Rakkaya endirdiyi zərbə nəticəsində 11 dinc sakin həlak olub.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Suriyanın hüquq müdafiəçiləri məlumat veriblər.

Hüquq müdafiəçilərinin məlumatına görə, koalisiya zərbəni səhər saatlarında endirib.

BMT-nin Suriyada humanitar vəziyyət üzrə müşaviri Yan Eqeland öz bəyanatında 20 mindən çox dinc sakinin təxliyyə edilməsi üçün ABŞ-ın rəhbərlik etdiyi koalisiyanı Rakka ərazisinin bombardmanını dayandırmağa çağırıb.

BMT-nin Beynəlxalq Müstəqil Təhqiqat Komissiyası da öz növbəsində ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın bombardmanları nəticəsində dinc sakinlərin həlak olmasından narahatlığını ifadə edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM