"ABŞ olaraq İranda səfirlik açmaq niyyətimiz yoxdur. Əsas hədəfimiz nüvə anlaşmasının tam yerinə yetirilməsidir”.
APA-nın "Anadolu” agentliyinə istinadən verdiyi xəbər görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi keçirdiyi gündəlik brifinqdə bildirib.
C. Kirbi deyib ki, ABŞ digər dövlətlərin İranla diplomatik münasibətlər qurmasına hörmətlə yanaşır.
"İŞİD”lə mübarizə məsələsinə də toxunan C. Kirbi Pentaqon və Dövlət Departamentində Türkiyənin bu istiqamətdə səylərinə yönəlik fərqli yanaşma olmadığını vurğulayıb. Xatırladaq ki, daha əvvəl Pentaqon rəhbəri Eşton Karter Türkiyənin "İŞİD”lə mübarizədə daha çox səy göstərməsini istədiklərini bildirmişdi.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !