• $ 1.7
  • € 1.978
  • ₽ 0.021091
  • ₺ 0.0416
  • £ 2.2908

ABŞ-ın Türkiyədəki səfirliyi vətəndaşlarına xəbərdarlıq etdi

ABŞ-ın Türkiyədəki səfirliyi vətəndaşlarına xəbərdarlıq etdi
17.11.2023 23:44
ABŞ-ın Türkiyədəki səfirliyi vətəndaşlara "gücləndirilmiş anti-Amerika fəaliyyətləri” səbəbindən "zorakılığın artması” təhlükəsi barədə xəbərdarlıq edib.

Bu barədə RİA Novosti diplomatik missiyanın bəyanatına istinadən məlumat yayıb.

Qeyd olunur ki, Adanada konsulluq və İzmirdəki konsulluq qurumu bağlı qalacaq.
"Nümayişlər ABŞ-ın xarici siyasətini tənqid etməyə, ABŞ bizneslərini boykot etməyə çağırışlara, anti-Amerika ritorikasına və qraffitilərə, əmlaka ziyan vurmağa və bəzi ABŞ müəssisələrinin yerli işçilərinə xəsarət yetirməyə davam edir. Böyük yığıncaqlar polisin mövcudluğunun artması, yolların bağlanması və hərəkətin pozulması, istənilən, hətta dinc də olsa mitinq zorakılığın artmasına səbəb ola bilər”, – bəyanatda deyilir.

Bəyanatda qeyd olunub ki, "antiamerikan fəaliyyətin güclənməsi ilə əlaqədar olaraq Türkiyədəki Amerika dövlət qurumlarının əməkdaşlarına ictimai tədbirlərdə və hərəkatlarda iştirakını minimuma endirmək tövsiyə olunub”.

Səfirlik vətəndaşları "ABŞ və ya İsraillə açıq şəkildə əlaqəli yerlərdə ehtiyatlı və sayıq olmağa” çağırıb.

Noyabrın əvvəlində Türkiyənin Adana şəhərində polis Amerika hərbçilərinin də yerləşdiyi İncirlik hərbi bazasına girməyə cəhd edən nümayişçilərə qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. "Fələstinə Azadlıq Karvanı” adlı tədbir Türkiyənin "İnsan Haqları və Azadlıqları” (İHH) Humanitar Yardım Fondu tərəfindən təşkil olunub. İstanbuldan yola çıxan karvan İncirlik bazasına çatıb. Ona öz təşəbbüsü ilə və başqa şəhərlərdən gələn avtomobillər də qoşulurdu.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
Dünya 23:47
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
İsrail səfiri Britaniya XİN-ə çağırılıb
Dünya 22:32
İsrail səfiri Britaniya XİN-ə çağırılıb
Polşa XİN Rusiyaya etiraz notası göndərib
Dünya 19:10
Polşa XİN Rusiyaya etiraz notası göndərib
Ərdoğan və Makronun telefon danışığı olub
Dünya 16:06
Ərdoğan və Makronun telefon danışığı olub
Ermənistan müdafiə nazirinin müşaviri istefa verib
Dünya 15:36
Ermənistan müdafiə nazirinin müşaviri istefa verib
Paşinyan Azərbaycanla torpaq mübadiləsini istisna etmir
Dünya 14:06
Paşinyan Azərbaycanla torpaq mübadiləsini istisna etmir
Türkiyənin Alanya kurortunda çirklənmə kritik həddə çatıb
Dünya 09:42
Türkiyənin Alanya kurortunda çirklənmə kritik həddə çatıb
Apple ağıllı saatlarında Touch ID funksiyası yaradır
Dünya 09:05
Apple ağıllı saatlarında Touch ID funksiyası yaradır
ABŞ-da mərhəməti ilə tanınan hakim Frenk Kaprio 88 yaşında vəfat edib
Dünya 09:01
ABŞ-da mərhəməti ilə tanınan hakim Frenk Kaprio 88 yaşında vəfat edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol