ABŞ-ın Türkiyədəki səfirliyi vətəndaşlara "gücləndirilmiş anti-Amerika fəaliyyətləri” səbəbindən "zorakılığın artması” təhlükəsi barədə xəbərdarlıq edib.
Bu barədə RİA Novosti diplomatik missiyanın bəyanatına istinadən məlumat yayıb.
"Nümayişlər ABŞ-ın xarici siyasətini tənqid etməyə, ABŞ bizneslərini boykot etməyə çağırışlara, anti-Amerika ritorikasına və qraffitilərə, əmlaka ziyan vurmağa və bəzi ABŞ müəssisələrinin yerli işçilərinə xəsarət yetirməyə davam edir. Böyük yığıncaqlar polisin mövcudluğunun artması, yolların bağlanması və hərəkətin pozulması, istənilən, hətta dinc də olsa mitinq zorakılığın artmasına səbəb ola bilər”, – bəyanatda deyilir.
Bəyanatda qeyd olunub ki, "antiamerikan fəaliyyətin güclənməsi ilə əlaqədar olaraq Türkiyədəki Amerika dövlət qurumlarının əməkdaşlarına ictimai tədbirlərdə və hərəkatlarda iştirakını minimuma endirmək tövsiyə olunub”.
Səfirlik vətəndaşları "ABŞ və ya İsraillə açıq şəkildə əlaqəli yerlərdə ehtiyatlı və sayıq olmağa” çağırıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !