ABŞ-ın vitse-prezidenti: "Amerika xalqı İran xalqının yanındadır"

15:12 | 21.11.2019
ABŞ-ın vitse-prezidenti:

ABŞ-ın vitse-prezidenti: "Amerika xalqı İran xalqının yanındadır"

"Amerika xalqı İran xalqının yanındadır".

Yeniavaz.com xəbər verir ki, bu sözləri ABŞ-ın vitse-prezidenti Mayk Pens İran İslam Respublikasında davam edən etiraz aksiyaları haqqında özünün "Twitter” səhifəsində fikir bildirərkən yazıb: "İran əhalisi etiraz əlaməti olaraq küçələrə çıxdıqca, Tehrandakı Ayətullahçılar həbs və zorakılıqla öz xalqlarına zülm etməyə davam edirlər. Amerika Birləşmiş Ştatlarının mesajı aydındır: Amerika xalqı İran xalqının yanındadır”.

Qeyd edək ki, İran İslam Respublikasında noyabr ayının 15-də benzin qiymətlərinin 3 dəfə artırılması xalqı hiddətləndirib və nəticədə kütləvi etiraz aksiyaları başlayıb. Günü-gündən şiddətlənən etiraz aksiyaları zamanı indiyə qədər 5 polisin öldürüldüyü, 1000-dən artıq iştirakçının isə saxlanıldığı bildirilir. İran hökuməti isə ölkə ərazisində interneti məhdudlaşdırıb və benzindən əldə olunan əlavə gəlirin xalqa geri qaytarılacağı ilə bağlı vəd verib.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb