D.Hantsman: ABŞ-ın Rusiyadakı səfiri kimi böyük ölkəmizə xidmət göstərməyi özüm üçün şərəf hesab edirəm.
ABŞ-ın Rusiyadakı yeni səfiri Con Hantsman həyat yoldaşı ilə birlikdə Moskvaya gəlib.
"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Moskvadakı səfirliyinin sözçüsü Mariya Olson "Twitter" hesabında yazıb.
"Rusiyaya xoş gəlmişsiniz, səfir və xanım Hantsman", - M.Olson yazıb.
Qeyd edək ki, daha əvvəl yeni səfir "Twitter"də "ABŞ-ın Rusiyadakı səfiri kimi böyük ölkəmizə xidmət göstərməyi özüm üçün şərəf hesab edirəm" postunu paylaşıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !