ABŞ Çinə qarşı sanksiya tətbiqinə hazırlaşır

15:05 | 31.08.2015
ABŞ Çinə qarşı sanksiya tətbiqinə hazırlaşır

ABŞ Çinə qarşı sanksiya tətbiqinə hazırlaşır

"The Washington Post” qəzeti yazır ki, Ağ Ev Çin şirkətləri və ayrı-ayrı şəxslərə qarşı sanksiyaların tətbiqi məsələsinə baxmaq niyyətindədir.

Prezident administrasiyası onları kommersiya sirrini ələ keçirmək məqsədilə ABŞ şirkətlərinə qarşı haker hücumlarında ittiham edir.
 
Qeyd edək ki, ABŞ son zamanlar Çini tez-tez Amerika şirkətləri və dövlət idarələrinin saytlarına haker hücumlarında ittiham edir. Çin bu ittihamları rədd edərək bildirib ki, özü hakerlərin obyektidir və dövlətləri haker fəaliyyətinin qarşısının alınması üçün beynəlxalq əməkdaşlığa səsləyir.
 
"ICTnews.az” saytı "interfax.ru” saytına istinadən xəbər verir ki, müşahidəçilərin məlumatına görə, Çinin sədri Si Szinpinin sentyabrda ABŞ-a səfəri zamanı hər iki ölkənin nümayəndələri arasında əsas mövzulardan biri kibertəhlükəsizlik məsələsi olacaq.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti