ABŞ İnsan Haqları hesabatını açıqlayacaq

19:55 | 24.06.2015
ABŞ İnsan Haqları hesabatını açıqlayacaq

ABŞ İnsan Haqları hesabatını açıqlayacaq

İyunun 25-də ABŞ Dövlət katibi John Kerry Dövlət Departamentinin 2014-cü il İnsan Haqları Hesabatını açıqlayacaq

İyunun 25-də ABŞ Dövlət katibi John Kerry Dövlət Departamentinin 2014-cü il İnsan Haqları Hesabatını açıqlayacaq. Hesabatın səhər saat 10:15-də açıqlanacağı gözlənir.

İllik İnsan Haqları hesabatı dünyanın ayrı-ayrı ölkələrində insan haqlarının durumunu əks etdirir.

Dövlət katibinin Demokratiya, İnsan Haqları və Əmək məsələləri üzrə köməkçisi Tom Malinowski əlavə qeydlərlə çıxış edəcək və suallara cavab verəcək.

Bu ilki İnsan Haqları hesabatının açıqlanması bir dəfə təxirə salınıb. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM