ABŞ: "İordaniya təyyarəsini İŞİD vurmayıb"

10:40 | 25.12.2014
ABŞ:

ABŞ: "İordaniya təyyarəsini İŞİD vurmayıb"

ABŞ Mərkəz Qüvvələr Komandanlığı (CENTCOM)Suriyada vurulan İordaniya təyyarəsi ilə bağlı açıqlama verib.

ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, komandanlıq dəlilləri əsas götürərək təyyarənin İŞİD tərəfindən vurulmadığını bildirib.

Koalisiya qüvvələrinin Suriya və İraqdakı bütün hərbi əməliyyatlarını idarə komandir Lloyd Austin "İordaniyalılar bizim üçün dəyərlidir. Onların pilotları və heyəti vəzifələrini son dərəcə yaxşı yerinə yetirdi. Pilotu əsir götürən İŞİD-in hərəkətlərini qınayırıq", deyib.

Pilotun xilası üçün səylərini əsirgəməyəcəklərini bildirən Austin İŞİD-in "təyyarə qəzası"ndan öz məqsədləri naminə istifadə etməsinə dözüm göstərməyəcəklərini qeyd edib.

Qeyd edək ki, İordaniya koalisiya qüvvələrinin təxminən 3 aydır İŞİD-in İraq və Suriyadakı qərargahlarına hava hücumlarına qatılır.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM