Nyu-York Universitetinin İqtisadiyyat professoru Roy Smit dərc etdiyi məqaləsində Çin iqtisadiyyatının yüksəlişinə dair səslənən fikirlərə toxunub. 1990-cı ildə ABŞ-ın transmilli investisiya bankı "Goldman Sachs"la tərəfdaşı olduğu dövrdə yayımladığı məqaləsini xatırladan müəllif o dövrdə Yaponiya iqtisadiyyatının zəifləyəcəyini doğru təxmin etdiyini deyib: "Bu gün Çində mövcud olan zəif nöqtələr Yaponiyadakı zəif nöqtələrlə olduqca oxşardır. Bu gün heç kim mənimlə razılaşmır, ancaq 1990-cı ildə də mənimlə eyni fikirdə deyildilər. Ən azından mən bir dəfə haqlı çıxmışam".
Yaponiya iqtisadiyyatının geriləməsinə təkan verən halları - iflasa uğramış kredit siyasəti, yüksək qiymətləndirilmiş və ehtiyatda saxlanılan boş mənzil bazarı kimi riskli halların Çin iqtisadiyyatında da olduğunu qeyd edən Roy Smit, bunun Çin iqtisadiyyatı üçün təhlükə kəsb etdiyini və kövrək maliyyə sistemlərinin təzyiqə səbəb olduğunu ifadə edib. Smit həmçinin yaşlı əhali sayının çox olmasını, artan pensiya və səhiyyə xərclərinin də Çin iqtisadiyyatına əlavə yük olacağını qeyd edib: "Bir çox mütəxəssislər hesab edir ki, Çin 21-ci əsrdə ən böyük güc olaraq ABŞ-ı geridə qoyacaq. Mənim proqnozuma görə, Çinin indiki vəziyyəti Yaponiyanın 90-cı illərdəki durumuna bənzəyir".
Sürətlə inkişaf edən Çin iqtisadiyyatı 2010-cu ildə Yaponiyanı geridə qoyaraq ABŞ-dan sonra dünyanın ikinci böyük iqtisadiyyatına çevrilməyi bacarmışdı.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !