ABŞ Maliyyə Nazirliyi İranın "Sepehr Energy” şirkətinə qarşı sanksiyaların tətbiq edildiyini və onların iddia etdiyi kimi, İran Silahlı Qüvvələrinin Baş Qərargahının neft tədarükünü həyata keçirdiyini açıqlayıb. Bu barədə Amerikanın Səsi xəbər verib.
Maliyyə Nazirliyinin məlumatına görə, İranın Baş Qərargahı vasitəsilə fəaliyyət göstərən Sepehr Energy və onun filialları "sanksiyalardan yayınmaq üçün aldadıcı üsullardan istifadə edir”, o cümlədən Çin də daxil olmaqla xarici alıcılara satılan neftin İran mənşəli olduğunu gizlətmək üçün dəniz sənədlərini saxtalaşdırır.
Departament qeyd edir ki, qeyri-qanuni satışlar İrana hər il milyardlarla dollar gəlir gətirir və bu, Həmas, Husilər və Hizbullahı maliyyələşdirmək üçün istifadə olunur.
Aytac
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !