ABŞ İrana qarşı sanksiyaları dayandıracağı vaxtı açıqladı

14:12 | 30.11.2013
ABŞ İrana qarşı sanksiyaları dayandıracağı vaxtı açıqladı

ABŞ İrana qarşı sanksiyaları dayandıracağı vaxtı açıqladı

ABŞ höküməti İrana qarşı təbiq olunan sanksiyaların yumşaldılması barədə qərarın tətbiq olunma müddətini uzadıb. 

ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, hökümətin bu qərarı qəbul etmə səbəbi kimi altı ay müddətində İran neftinin satın alınması olduğu bildirilir. ABŞ dövlət katibi Con Kerri rəsmi bəyanatında İranın Nüvə Proqramından dinc məqsədlər üçün istifadə edəcəyinə əmin olandan sonra sanksiyaları dayandıracaqlarını bəyan edib: "Biz bu altı ay müddətində də İrana qarşı sanksiyaları davam etdirəcəyik. İran nüvə silahından dinc məqsədlərlə istifadə etsə biz sanksiyalardan əl çəkəcəyik".

Qeyd edə ki, Cenevrədə keçirilən sammit zamanı İranın Nüvə Proqramı ilə əlaqəli ilkin razılaşma əldə edilib. Razılaşmaya görə, sanksiyaların yumşaldılması üçün altı ay ərzində İran 5%-dən yuxarı uranı zənginləşdirməməyi və 20%-ə qədər zənginləşdirilmiş uran ehtiyatlarını ləğv etməyi öhdəlik kimi boynuna götürüb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb